Litvanın paytaxtı Vilnüsdə Ukrayna prezidenti Volodimir Zelenski ABŞ prezidenti Co Baydenlə görüşüb.
"Operativ Media" xəbər verir ki, Ukrayna prezidenti Zelenski görüşlə bağlı açıqlama verib.
Zelenski deyib:
"Vilnüsdə Amerika Birləşmiş Ştatlarının prezidenti Co Bayden ilə mənalı və güclü görüş keçirdik.
Biz son hadisələr fonunda cəbhə xəttindəki vəziyyəti, imkanlarımızı, uzunmüddətli müdafiə əməkdaşlığımızı və Rusiyanın daxili proseslərini ətraflı müzakirə etdik.
Birləşmiş Ştatlar təcavüzə qarşı müdafiəmiz zamanı Ukrayna ilə yan-yana dayandı.
Biz bunu çox yüksək qiymətləndiririk. Mən şəxsən ABŞ prezidentinə, Konqresə və Amerika xalqına Rusiya işğalının əvvəlindən Ukraynaya həyati əhəmiyyətli hərbi, maliyyə və siyasi yardıma görə təşəkkür edirəm".