"Operativ Media" xəbər verir ki, Muğlanın Milas rayonunda otlqu ərazidə yanğın başlayıb. Küləyin təsirindən yanğın qısa müddətdə meşəyə keçib. Alovların ram edilməsi üçün əraziyə təyyarə, helikopter və yanğınsöndürən maşınlar cəlb edilib. Hazırda yanğının lokallaşdırılması istiqamətində qurudan və havadan müdaxilə davam edir. Yanğının səbəbləri araşdırılır.