Keniyada icazəsiz etiraz aksiyalarında 6 nəfər öldürülüb.
"Operativ Media" xəbər verir ki, ən böyük aksiyalar paytaxt Nairobidə keçirilib. Vergi islahatlarına qarşı aksiyada polis etirazçılara qarşı dəyənək və gözyaşardıcı qaz tətbiq edib. Paytaxt küçələrində təkərləri yandıraraq istehkamlar quran etirazçılar polisə daş və müxtəlif sərt cismlər atmaqla qarılıq verib. Güc strukturları ilə qarşıdurmada 50-dən çox aksiyaçı xəsarət alıb. Mombasada polisin gözyaşardıcı qaz tətbiq etməsi tədris prosesinə də mane olub. Bir məktəbdə əlliyədək şagird xəstəxanalara müraciət edib.