Menyu

Quterreş Putinə taxıl sazişinin uzadılmasını təklif edib

Quterreş Putinə taxıl sazişinin uzadılmasını təklif edib

BMT-nin Baş katibi Antonio Quterreş Rusiya Prezidenti Vladimir Putinə taxıl müqaviləsinin uzadılması ilə bağlı məktub göndərib.

"Operativ Media" xəbər verir ki, bu barədə Quterreşin ofisi məlumat yayıb. Baş Katib bildirib ki, taxıl sazişi ilə bağlı təkliflər üzrə Rusiya ilə əməkdaşlığa hazırdır. “Quterreş anlaşma memorandumunun həyata keçirilməsinin hazırkı Qara dəniz təşəbbüsünün saxlanılması zərurəti ilə uyğunlaşdırılmasına yönəlmiş təklif irəli sürüb. Baş katib sövdələşmənin hər iki hissəsinin uyğunlaşdırılmasına xüsusi diqqət çəkib.” – deyə məlumatda bildirilir. Qeyd edək ki, taxıl sazişinin müddəti iyulun 17-də bitir.

Teqlər:

"Quterreş Putinə taxıl sazişinin uzadılmasını təklif edib"

Əlaqəli Xəbərlər