Lavrov F-16 qırıcıları barədə qərbə xəbərdarlıq edib
Ukraynada nüvə silahı daşıya bilən F-16 qırıcılarının peyda olması faktının özü Rusiya tərəfindən nüvə sahəsində Qərbdən gələn təhlükə kimi qiymətləndiriləcək.
"Operativ Media" xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib. "Nüvə silahından istifadə şərtləri bizim Hərbi Doktrinamızda aydın şəkildə müəyyən edilib. ABŞ və NATO Rusiya ilə birbaşa silahlı toqquşma riski yaradır və bu, fəlakətli nəticələrlə gətirib çıxarda bilər”. Lavrov Vaşinqtonun Kiyevə F-16 qırıcılarını təhvil vermək planlarını son dərəcə təhlükəli hesab etdiyini vurğulayıb. “Biz nüvə dövlətləri olan ABŞ, Britaniya və Fransanı məlumatlandırmışıq ki, Rusiya bu təyyarələrin nüvə silahı daşımaq qabiliyyətinə göz yuma bilməz. Döyüş əməliyyatları zamanı hərbçilərimiz bu tipli təyyarənin nüvə silahı daşıyıb-daşımadığını təyin edə bilməyəcək.” - deyə Rusiya XİN başçısı xəbərdarlıq edib.
Teqlər:
"Lavrov F-16 qırıcıları barədə qərbə xəbərdarlıq edib"