“Vaqner” 2 mindən çox hərbi texnikanı Rusiya MN-ə təhvil verib
Rusiya Silahlı Qüvvələri plana uyğun olaraq “Vaqner” qrupundan silah və hərbi texnikanın qəbulunu başa çatdırır.
"Operativ Media" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin "Vaqner" Özəl Şirkətinin silah və texnikası haqqında yaydığı məlumatda bildirilib. Qeyd olunub ki, “Vaqner” 2 mindən çox texnika, o cümlədən yüzlərlə tank, "Qrad" reaktiv yaylım atəşi qurğusu, "Uraqan", "Pantsir" hava hücumundan müdafiə sistemi, özüyeriyən artilleriya qurğuları, zirehli personal daşıyıcıları və 20 minə yaxın atıcı silahı MN-ə təhvil verib. “Bütün texnika və silahlar Rusiya Silahlı Qüvvələrinin təmir-bərpa bölmələrinin texniki qulluq və istifadəyə hazırlığını həyata keçirdikləri arxa cəbhə rayonlarına çatdırılır", - deyə məlumatda bildirilib.
Teqlər:
"“Vaqner” 2 mindən çox hərbi texnikanı Rusiya MN-ə təhvil verib"