Menyu

İran 18 minə yaxın qeyri-qanuni əfqan miqrantı deportasiya edib

Nərmin Qocamanlı
İran 18 minə yaxın qeyri-qanuni əfqan miqrantı deportasiya edib

İran 18 minə yaxın qeyri-qanuni əfqan miqrantı ölkələrinə deportasiya edib.

"Operativ Media" xəbər verir ki, İranın Mehr Xəbər Agentliyinin məlumatına görə, Xorasan Rezevi vilayətinin Polis İdarəsinin rəisi Məcid Şoca bildirib ki, son günlərdə ölkənin müxtəlif bölgələrində sərhədçilər və polis qrupları tərəfindən aşkarlanan 17 min 926 qeyri-qanuni əfqan mühacir deportasiya edilib

İran rəsmisi bildirib ki, əfqanlar Doğarun Sərhəd Qapısı vasitəsilə ölkələrinə qaytarılıb.

Digər tərəfdən İranın daxili işlər naziri Əhməd Vahidi ölkədəki əfqan mühacirlərin sayının 5 milyondan çox olduğunu bildirib.

 

Teqlər:

"İran 18 minə yaxın qeyri-qanuni əfqan miqrantı deportasiya edib"

Əlaqəli Xəbərlər