Kosovo Parlamentində iqtidar və müxalifət deputatları arasında dava düşüb.
"Operativ Media" xəbər verir ki, Kosovo Demokratik Partiyasının (PDK) deputatı Mergim Luştaku Kosovo Məclisində çıxış edən baş nazir Albin Kurtiyə plastik su şüşəsi atıb.
Hakim deputatlar hadisəyə dərhal reaksiya verib və baş nazir Kurtini qorumaq üçün toplaşıblar. Bunun üzərinə iqtidar və müxalifət deputatları arasında dava yaranıb.
Hadisə Baş nazir Kurtinin Kosovonun şimalında gərginliyi azaltmaq üçün Aİ ilə əldə olunan razılaşmadan danışarkən baş verib.
Hadisədən sonra Parlamentin iclası yarımçıq dayandırılıb.