Türkiyə İraqda gizlənən PKK terrorçusunu zərərsizləşdirdi
Türkiyə xüsusi təyinatlıları İraqın Qəndil bölgəsində gizlənən PKK terrorçusu Edip Temizi zərərsizləşdirib.
"Operativ Media" xəbər verir ki, ideoloji, hərbi və texniki sahədə təlim keçmiş Edip Temiz İraqda silah-sursat istehsal edən birləşmələrə təlimlər vermiş, eyni zamanda PPK-nın elmi-tədqiqat fəaliyyətinin inkişafı üçün bütün işləri koordinasiya edirdi.
Təşkilatda 20 ilə yaxındır fəaliyyət göstərən Edip Temiz həm də təşkilatın böyük əhəmiyyət verdiyi Zaqros silahlarının yaradıcısı olduğu üçün Hərbi Şura deyilən qurumda yüksək vəzifə tuturdu.