Türkiyənin Muğla vilayətinin Ortaca rayonunda meşəlik ərazidə yanğın baş verib. Ekipajlar havadan və yerdən müdaxilə ilə yanğını nəzarət altına almağa çalışır.
"Operativ Media" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Tepearası Məhəlləsindəki meşəlik ərazidə başlayan yanğının səbəbi hələlik bəlli deyil.
Xəbər üzərinə Muğla Meşə Region Müdirliyi və xilasetmə qrupları bölgəyə sövq edilib.
Ekipajlar yanğın söndürmək üçün havadan və qurudan müdaxilə edir.