Ukraynada aktiv rol alan rus generalı vəzifəsindən azad edilib
Ukraynadakı müharibəyə komandanlıq edən rusiyalı generallardan biri, general-mayor İvan Popov Kremlin Ukraynadakı müharibə planlarını tənqid etdikdən sonra “qovulduğunu” bildirib və Müdafiə Nazirliyinin rəsmilərini “vətən xaini” adlandırıb.
"Operativ Media" xarici mətbuata istinadən xəbər verir ki, Ukraynanın Zaporojye vilayətindəki 58-ci Birləşmiş Silahlı Qüvvələrin komandanı general-mayor İvan Popov işdən qovulmasını, eyni zamanda ondan yüsək ordu rəsmilərini tənqid edən səsli not yayımlayıb.
Səsli qeydi bir neçə rusiyalı hərbi blogerlərin Telegram kanalları, eləcə də istefada olan general, Rusiya Dövlət Dumasının deputatı Andrey Qurulev dərc edib.
Rusiya Baş Qərargah rəisi Valeri Gerasimov tərəfindən dərhal tutduğu vəzifədən “qovulduğunu” qeyd edən Popov, ya rəhbərliyə onları məmnun edəcək ifadələr, ya da reallığı söyləmək kimi seçim qarşısında qaldığını, nəhayət ikinci seçimi etdiyini bildirib.
Teqlər:
"Ukraynada aktiv rol alan rus generalı vəzifəsindən azad edilib"