Ukrayna ordusu ABŞ-dən kaset bombası aldığını təsdiqləyib
Ukrayna silahlı qüvvələri ABŞ-dən kaset bombası və sursatları alıb.
"Operativ Media" xəbər verir ki, bu barədə Tavriya Birgə Əməliyyat Qüvvələri komandiri briqada generalı Aleksandr Tarnavski CNN-ə bildirib.
"Biz onları indicə əldə etmişik, hələ istifadə etməmişik, lakin onlar döyüş meydanını kökündən dəyişə bilər", - xəbər agentliyi onun sözlərindən sitat gətirib.
Tarnavski əlavə edib ki, hərbi rəhbərlik silahların istifadə olunacağı əraziləri dəqiqləşdirəcək.
Bununla paralel olaraq, qondarma Zaporojye vilayətinin fövqəladə hallar rəsmiləri iyulun 11-də jurnalistlərə bildiriblər ki, Ukrayna hərbçiləri Tokmak şəhərini kaset bombalarından atəşə tutub.
Teqlər:
"Ukrayna ordusu ABŞ-dən kaset bombası aldığını təsdiqləyib"