ABŞ prezidenti Co Bayden iyulun 18-də Ağ Evdə İsrail prezidenti İsaak Hersoqla görüşəcək.
"Operativ Media" xəbər verir ki, bu barədə Ağ Ev sözçüsü Karine Jean-Pierre yazılı açıqlama verib.
O, Baydenin 18 iyulda Ağ Evdə İsrail prezidenti Herzoqu qəbul edəcəyini bildirib: “İsrail 75 illik yubileyini qeyd edərkən, səfər bizim davamlı tərəfdaşlığımızı və dostluğumuzu vurğulayacaq”.
Jean-Pierre qeyd edib ki, liderlər İsrailin regional inteqrasiyasının dərinləşdirilməsi məsələsini, daha dinc və firavan Yaxın Şərq yaratmaq imkanlarını müzakirə edəcəklər.
Baydenin görüşdə ortaq demokratik dəyərlərin əhəmiyyətini vurğulayacağını ifadə edən Jean-Pierre, "Prezident Bayden fələstinlilər və israillilər üçün bərabər azadlıq, firavanlıq və təhlükəsizlik tədbirlərinin irəliləyiş yollarını müzakirə edəcək", - deyə qeyd edib.
Onun sözlərinə görə, Bayden və Hersoq Rusiyanın İranla dərinləşən hərbi əlaqələrini və İranın regionda sabitliyi pozan mövqeyini də müzakirə edəcəklər.
Teqlər:
"ABŞ və İsrail prezidentləri arasında görüş olacaq"