Menyu

Hollivud aktyorları ssenaristlərin tətilinə qoşulub

Hollivud aktyorları ssenaristlərin tətilinə qoşulub

Kinoaktyorlar Gildiyası və Amerika Televiziya və Radio Artistlərinin Birləşmiş Həmkarlar İttifaqı Hollivud aktyorlarının tətilini elan edib.

"Operativ Media" xəbər verir ki, məlumata görə, tətilə 150 ​​mindən çox aktyor və aktrisa qatılacaq. Onlar kinostudiyalar və striminq şirkətləri ilə əməkhaqqı danışıqlarının nəticəsiz qalmasından sonra bu qərara gəliblər. Tətil fikri həmçinin “süni zəka” ilə rəqabətdə aktyorların işini itirəcəyi narahatlığından qaynaqlanıb. Xatırladaq ki, Hollivud tarixində aktyorlar və ssenaristlər sonuncu dəfə 1960-cı ildə birgə tətil keçiriblər. Bu gün saat 11:00-da başlanması gözlənilən tətilin Hollivud kino sənayesini iflic edəcəyi gözlənilir.

Teqlər:

"Hollivud aktyorları ssenaristlərin tətilinə qoşulub"

Əlaqəli Xəbərlər