Menyu

Rusiya XİN Fransanı Ukraynaya raketlər ötürməkdə qınayıb

Rusiya XİN Fransanı Ukraynaya raketlər ötürməkdə qınayıb

Parisin Kiyevi SCALP raketləri ilə təmin etmək qərarı münaqişənin gərginləşməsi istiqamətində növbəti addımdır.

"Operativ Media" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. "Fransa hakimiyyətinin bu cür hərəkətləri münaqişəsinin gərginləşməsinə xidmət edir", - deyə Zaxarova bildirib. O, Fransa Prezidenti Emmanuel Makronun Baydendən geri qalmadığını deyib. Qeyd edək ki, Makron iyulun 11-də NATO-nun Vilnüs sammitinə gəldikdən sonra Fransanın uzun mənzilli raketləri Ukraynaya ötürmək niyyətini açıqlayıb. "Reuters" agentliyinin məlumatına görə, Fransa Ukraynaya ümumilikdə 50 SCALP raketi vermək niyyətindədir.

Teqlər:

"Rusiya XİN Fransanı Ukraynaya raketlər ötürməkdə qınayıb"

Əlaqəli Xəbərlər