ABŞ kasetli raketləri Ukraynaya təhvil verib. Bu barədə ABŞ-ın Müdafiə Nazirliyi (Pentaqon) məlumat yayıb.
"Operativ Media" xəbər verir ki, qeyd olunub ki, kasetli raketlər artıq Ukraynadadır. Xatırladaq ki, ABŞ prezidenti Co Bayden iyulun 7-də Ukrayna Silahlı Qüvvələrinə kaset sursatlarının tədarükünə başlamaq qərarını elan edib. Qərar ABŞ Konqresində tənqidlə qarşılanıb. Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, bu cür təchizat mülki əhali üçün təhlükə yaradır. Ukrayna tərəfi isə kaset bombalarının yalnız hərbi hədəflərə qarşı istifadə ediləcəyini bildirib.