Yaponiyada Epsilon S tipli raket mühərriki partlayıb
Nərmin Qocamanlı
Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyinə (JAXA) məxsus Epsilon S tipli kiçik raket mühərriki sınaq zamanı partlayıb.
"Operativ Media" xəbər verir ki, agentliyin açıqlamasına görə, JAXA Epsilon S raketini Şimali Akita əyalətindəki Noshiro Test Mərkəzində sınaqdan keçirib.
Sınaq zamanı, ikinci mərhələ mühərrik sınağına təxminən bir dəqiqə qalmış Epsilon S tipli raketin mühərriki partlayıb..
Yaponiyanın Təhsil, Mədəniyyət, İdman, Elm və Texnologiya Nazirliyinin rəsmisi raket mühərrikinin partlaması zamanı xəsarət alanların olmadığını açıqlayıb.
Rəsmi Kyodo agentliyi bildirib ki, uğursuz sınaqdan sonra JAXA Epsilon S tipli raketin buraxılışını 2024-cü maliyyə ilinə təxirə salıb.
Teqlər:
"Yaponiyada Epsilon S tipli raket mühərriki partlayıb"