ABŞ: “Kaset bombaları Ukraynadadır”
ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) Birgə Qərargahının Əməliyyatlar üzrə direktoru general-leytenant Duqlas Sims ABŞ kasetli sursatlarının Ukraynaya göndərildiyini açıqlayıb.
"Operativ Media" xəbər verir ki, Duqlas Sims keçirdiyi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
General-leytenant Sims jurnalistin kaset sursatlarının Ukraynaya çatdırılıb-çatdırılmadığı barədə sualına belə cavab verib: “Kaset sursatları artıq Ukraynadadır”.
“Sizin Ukraynaya çatıb dediyiniz kaset sursatları ABŞ DPICM-ləri (kaset sursatları kimi tanınan ikili təyinatlı gücləndirilmiş adi sursatlar) və ya müttəfiq kaset sursatlarıdır?”, - deyə başqa bir jurnalist soruşub.
“Hər ikisi. Biz bilirik ki, bəziləri əvvəllər üçüncü ölkə tərəfindən təmin edilib. Amma bəli, ABŞ-nin kaset sursatları Ukraynadadır”, - ABŞ ordu nümayəndəsi cavab verib.