Rusiya: Türkiyənin NATO müttəfiqlərindən uzaqlaşması ilə bağlı illüziyalar olmamalıdır
"Moskva Ankaranın İsveçin NATO-ya daxil olması məsələsində NATO-nun vahid xəttindən uzaqlaşa biləcəyi ilə bağlı illüziya altında deyil".
"Operativ Media" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova “Rossiya-24” telekanalına açıqlamasında bildirib.
Türkiyənin NATO üzvü olduğunu qəbul edən Zaxarova bildirib: "Türkiyə NATO-nun gündəminə uyğun qərarlar alır və cəhdlər edir".
Zaxarova əlavə edib: "Biz bunu unutmamalıyıq, ona görə də xatırlatmağı daha yaxşı görürəm. Türkiyə NATO-nun üzvüdür və NATO infrastrukturuna malikdir. Ona görə də, onun NATO-nun vahid xəttindən kənara çıxacağını gözləmək olmaz".
"Finlandiya və İsveçin NATO-ya üzvlüyü "güc balansını dəyişdirib". Bu, artıq Rusiyaya birbaşa təhdid yaradır, eyni zamanda NATO-nun yıxıcı gücünün ümumi təhlükəsizliyə təhdidindən xəbər verir. Rusiya rəhbərinin dediyi kimi, bu, şübhəsiz ki, bizim qərarımıza təsir edəcək", - Zaxarova bildirib.
Teqlər:
"Rusiya: Türkiyənin NATO müttəfiqlərindən uzaqlaşması ilə bağlı illüziyalar olmamalıdır"