Menyu

Şimali Koreya: "BMT Təhlükəsizlik Şurası sülhə xələl gətirir"

Şimali Koreya: "BMT Təhlükəsizlik Şurası sülhə xələl gətirir"

Şimali Koreya lideri Kim Çen Inın bacısı Kim Yo Conq verdiyi bəyanatda BMT Təhlükəsizlik Şurasının (TŞ) dünyada sülh və sabitliyi pozduğunu və qarşıdurmanı, "yeni soyuq müharibəni" təşviq etdiyini deyib. 

"Operativ Media" xəbər verir ki, bu barədə Yonhap agentliyi Koreya Mərkəzi Xəbər Agentliyinə (KCNA) istinadən məlumat yayıb.

"BMT TŞ ölkəmizin ədalətli təhlükəsizlik narahatlıqlarına və Birləşmiş Ştatların regionda və Koreya yarımadasında real nüvə müharibəsi ehtimalını artırmaq üçün cinayətkar cəhdlərinə göz yumur. O, yenidən birtərəfli qaydada qərar qəbul etmək üçün iclas çağırıb. Özümüzü müdafiə hüququmuzdan istifadə edirik. Bununla da BMT TŞ müstəqil şəkildə qarşıdurmanı təşviq edən və dünyada sülh və sabitliyə xələl gətirən bir təşkilat olduğunu sübut etdi”, - Yo Conq qeyd edib.

Kim Yo Cong deyib ki, BMT Təhlükəsizlik Şurası "yeni soyuq müharibə"nin alovlanmasına səbəb olan amerikapərəst və qərbyönlü bir qurumdur.

Teqlər:

"Şimali Koreya: \"BMT Təhlükəsizlik Şurası sülhə xələl gətirir\""

Əlaqəli Xəbərlər