Fransada 14 İyul bayramlarında keçirilən etiraz aksiyalarında 97 nəfər saxlanılıb
Fransada 14 İyul - Milli Bayram Günü öncəsi keçirilən etiraz aksiyalarında 218 avtomobilin yandırıldığı, 97 nəfərin saxlandığı bildirilib.
"Operativ Media" xəbər verir ki, bu barədə Fransa Daxili İşlər Nazirliyi məlumat yayıb.
Hadisələr zamanı etirazçıların polisə hücum etməsi nəticəsində 3 polis yaralanıb.
Ötən ilin eyni tarixində 326 avtomobilin yandırıldığı, 34 polis əməkdaşının yaralandığı, polisə 180 fişəng atıldığı açıqlanmışdı.
Fransa Daxili İşlər Naziri Gerald Darmanin 12 iyulda verdiyi açıqlamada bayram çərçivəsində təşkil edilən tədbirlərin adətən zorakılıqla yadda qalması səbəbilə xüsusi polis və jandarma qrupları da daxil olmaqla 130 min hüquq-mühafizə orqanı əməkdaşının və 34 min yanğınsöndürənin asayişin təmin olunmasına cəlb edildiyini bildirib.
Teqlər:
"Fransada 14 İyul bayramlarında keçirilən etiraz aksiyalarında 97 nəfər saxlanılıb"