Çində 25 uşağı zəhərləyən, birini öldürən müəllim edam edilib
Çində məhkəmə 25 şagirdini zəhərləyən və birini öldürən uşaq bağçası müəllimi Vanq Yunun edam edilməsinə qərar verib.
"Operativ Media" dünya mətbuatına istinadən xəbər verir ki, 27 may 2019-cu ildə Vanq Mengpeng uşaq bağçasında 25 şagirdin qidalanacağı düyü sıyığına zəhərli natrium nitrat turşusu qarışdırmasından sonra çox sayda uşaq zəhərlənib, onlardan biri 10 aylıq müalicədən sonra orqan çatışmazlığından dünyasını dəyişib.
Bağça müəllimi işləyən Vanqın daha əvvəl internetdən aldığı eyni maddə ilə ərini zəhərləməyə çalışdığı bildirilir.
Sözügedən müəllimə “qəsdən zərər vurmaq” ittihamı ilə 9 ay həbs cəzası verilib, sonradan bu cəza ölüm cəzası ilə əvəzlənib.
Teqlər:
"Çində 25 uşağı zəhərləyən birini öldürən müəllim edam edilib"