NASA Marsda üzvi molekul kəşf edib
ABŞ Aerokosmik Agentliyi (NASA) Marsın səthində planetdə həyatın mümkünlüyünə işarə edən üzvi molekullar aşkar edib.
"Operativ Media" xəbər verir ki, bu barədə "Science News" məlumat yayıb.
Məlumata görə, canlı sistemlərdə də rast gəlinən karbon və hidrogendən ibarət üzvi molekullar Marsda daha əvvəl də həyatın ola biləcəyinə işarə edir.
NASA-nın "Perseverance" peyki tərəfindən tapılan üzvi molekullar Marsda daha mürəkkəb geokimyəvi dövrün mövcud ola biləcəyi barədə iddialara səbəb olub.
Molekulun əmələ gəlməsi prosesi ilə bağlı müxtəlif fərziyyələr olsa da, tədqiqatçılar üzvi molekulların hansı növ olduğunu hələ müəyyən etməyiblər.
Karbonun kəşfi Marsda həyatın mümkünlüyünü iddia etməyə səbəb versə də, onun qeyri-bioloji proseslərlə əmələ gəlməsinin mümkünlüyü də vurğulanır.
Qeyd edək ki, Marsdakı Gale kraterində daha əvvəl də üzvi molekullar aşkar edilmişdi.