http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 19 ° C

Boris Conson NATO-nun son zirvə toplantısını sabun köpüyünə bənzətdi

15 İyul 2023 , 09:30
Boris Conson NATO-nun son zirvə toplantısını sabun köpüyünə bənzətdi

"Operativ Media" xəbər verir ki, Britaniyanın sabiq baş naziri Boris Conson “Deyli Meyil” üçün qələmə aldığı yazısında Vilnüsdə keçirilən sammitdə NATO liderlərinin Ukraynanı Alyansa dəvət etməmək qərarını tənqid edib.

O, Qərbi güclü olmağa, boş söhbətlərə son qoymağa və Ukraynanı tez bir zamanda NATO-ya qəbul etməyə çağırıb. Conson qeyd edib ki, Alyans üzvləri Ukraynanın qəhrəmancasına müqavimətinə görə kollektiv hörmət və minnətdarlıqlarını bildirməli idilər:

“Bu döyüşdə heç bir NATO əsgəri yaralanmadı və ölmədi, çünki biz NATO ölkələrində bilirik və daim deyirik ki, ukraynalılar hamımız üçün vuruşurlar. Heç bir ölkə NATO üzvlüyünə hazır olduğunu nümayiş etdirmək üçün Ukrayna qədər səy göstərməyib. Heç bir silahlı qüvvə NATO silahlarından istifadə etməkdə Ukrayna ordusundan daha güclü və effektiv deyil. Heç bir ölkənin NATO üzvlüyünə Ukraynadan daha çox ehtiyacı yoxdur".

Consonun fikrincə, Alyansdan Ukraynaya yalnız dəqiq cədvəl vermək tələb olunurdu ki, bunu da etmədilər.

OXŞAR XƏBƏRLƏR
ABŞ-dan Ukraynaya yeni hərbi yardım paketinin həcmi 375 milyon dollar olacaq

ABŞ-dan Ukraynaya yeni hərbi yardım paketinin həcmi 375 milyon dollar olacaq

Almaniya kansleri Ərdoğan və Zelenski ilə görüşəcək

Almaniya kansleri Ərdoğan və Zelenski ilə görüşəcək

İnam Kərimov Qırğızıstanda səfərdə olub

İnam Kərimov Qırğızıstanda səfərdə olub

XƏBƏR LENTİ
  • Dünən
    23:15

    Bakıda 16 mərtəbəli binada yanğın baş verib
  • Dünən
    23:04

    ABŞ-dan Ukraynaya yeni hərbi yardım paketinin həcmi 375 milyon dollar olacaq
  • Dünən
    22:38

    Almaniya kansleri Ərdoğan və Zelenski ilə görüşəcək
  • Dünən
    22:18

    İnam Kərimov Qırğızıstanda səfərdə olub
  • Dünən
    22:01

    Azərbaycan PL: "Qarabağ" "Neftçi"ni məğlub etdi
  • Dünən
    21:29

    Avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq
    Avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq
  • Dünən
    21:18

    BMT İsrailin Beyruta hava hücumundan narahatdır
  • Dünən
    20:57

    SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb
Menyu