İranlı nazir: Biz Azərbaycan ərazisindən Rusiyanın elektrik şəbəkəsinə qoşulmaq niyyətindəyik

Redaksiya
İranlı nazir: Biz Azərbaycan ərazisindən Rusiyanın elektrik şəbəkəsinə qoşulmaq niyyətindəyik

İran və Rusiya Ermənistan, Gürcüstan və Azərbaycan əraziləri vasitəsilə elektrik enerjisi mübadiləsi aparacaqlar.

"Operativ Media" xəbər verir ki, bunu İranın energetika naziri Əli Əkbər "İSNA" agentliyinə müsahibəsində deyib.

"Rusiya ilə elektrik enerjisi mübadiləsi üçün biz Azərbaycan Respublikası və Ermənistan-Gürcüstan marşrutu üzrə iki hərəkət edirik və yekun danışıqlar və icra mərhələsindəyik", - nazir qeyd edib.

Onun sözlərinə görə, İran bəzi qonşuları ilə elektrik enerjisini ödənişsiz dəyişməyə çalışır.

Digər xəbərlər