Mikayıl Cabbarov İCCİA prezidenti ilə görüşüb

Nərmin Qocamanlı
Mikayıl Cabbarov İCCİA prezidenti ilə görüşüb

İqtisadiyyat naziri Mikayıl Cabbarov İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasının prezidenti Abdullah Saleh Kamel ilə görüşüb.

"Operativ Media" xəbər verir ki, bu barədə M. Cabbarov özünün tvitter hesabında bildirib:

"İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasının prezidenti Abdullah Saleh Kamel ilə Direktorlar Şurasının 35-ci iclasının Bakıda keçirilməsinin əhəmiyyətini vurğuladıq".

"Təşkilatla ölkəmizin səmərəli əməkdaşlığı və üzv ölkələrlə iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi imkanları barədə fikir mübadiləsi apardıq", - nazir qeyd edib.

 

Nərmin Qocamanova

Digər xəbərlər