Rayan Giqqzin günahsız olduğu məlum oldu

Əziz Əzizli
Rayan Giqqzin günahsız olduğu məlum oldu

Sevgilisini döyməkdə ittiham olunan Uels millisinin və İngiltərənin "Mançester Yunayted" klubunun sabiq futbolçusu Rayan Giqqzin günahsız olduğu müəyyənləşib.

"Operativ Media" BBC-ə istinadən xəbər verir ki, 50 yaşlı keçmiş yarımmüdafiəçi bəraət alıb. İyulun 31-nə təyin edilmiş məhkəmə prosesi baş tutmayacaq. Giqqzin bütün ittihamlar üzrə günahsız olduğu sübuta yetirilib.

Xatırladaq ki, Rayan Giqqz 2020-ci ilin noyabrında keçmiş sevgilisinə hücumda ittiham edilib. O, hadisədən sonra polis tərəfindən saxlanılsa da, bir gün sonra zaminə buraxılıb. 2018-ci ildə yığmanın baş məşqçisi təyin olunan mütəxəssis 2021-ci ildə komanda ilə vidalaşmalı olub.

Digər xəbərlər