Menyu

"Neftçi" braziliyalı müdafiəçi transfer etdi

Əziz Əzizli
"Neftçi" braziliyalı müdafiəçi transfer etdi

2023/2024 mövsümünün hazırlığını davam etdirən "Neftçi" heyətini yeni futbolçu ilə gücləndirib.

"Operativ Media" xəbər verir ki, paytaxt təmsilçısı Rumıniyanın ÇFR klubundan Yuri Matiası rənglərinə bağlayıb. Bu barədə "ağ-qaralar"ın mətbuat xidməti məlumat yayıb.

Braziliyalı futbolçu ilə 2 illik müqavilə bağlanıb. 28 yaşlı mərkəz müdafiəçisi "Neftçi"nin heyətində 44 nömrəli formanı geyinəcək.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər