19 İyul 2023, 10:01
"Neftçi"nin prezidenti: "Baş məşqçimiz yeni gəlib və komanda tam hazır deyil"
"Neftçi"nin prezidenti: "Baş məşqçimiz yeni gəlib və komanda tam hazır deyil" şəkil
"Neftçi"nin prezidenti: "Baş məşqçimiz yeni gəlib və komanda tam hazır deyil"

"Neftçi"nin prezidenti Kamran Quliyev Rusiyada "Spartak"a qarşı keçirdikləri yoldaşlıq görüşündən sonra fikirlərini bölüşüb.

"Operativ Media" xəbər verir ki, Rusiya mətbuatına danışan funksioner 0:2 hesabıyla başa çatan oyundan və Rusiya klublarının səviyyəsindən söz açıb:

- Oyunun təşkilatçılığnı bəyəndiz?

- Hər şey yüksək səviyyədədir. "Spartak" daha hazırlıqlı idi. Baş məşqçimiz yeni gəlib və komanda tam hazır deyil. Lakin çox yaxşı məşqçimiz var və düşünürəm ki, yaxın zamanda daha da güclənəcəyik.

- Rusiyada ciddi rəqiblərlə oynadız. Onlar arasında "Zenit" və "Spartak" da var idi...

- Rusiya komandaları hazırlıqlıdır. "Zenit" Superkuboka, "Spartak" çempionata hazırlaşırdı. "Fənərbağça" da avrokubok matçları üçün çalışırdı. "Srvena Zvezda" Çempionlar Liqasının qrupunda olacaq. Bizim də bu mövsümə ümidlərimiz böyükdür.

- Kiminlə daha çətin oldu? "Zenit", yoxsa "Spartak"?

- Hər iki komanda çox güclüdür. Hər şey əhval-ruhiyyədən asılıdır. İyulun 1-də "Zenit"lə, 18-də isə "Spartak"la oynadıq. Nəzərə alaq ki, bu klublar demək olar, eyni vəziyyətdədir. Kimin daha güclü, kimin zəif olduğunu demək istəmirəm. Həm Sankt-Peterburqda, həm də Moskvada hər şey ən yüksək səviyyədə idi. "Zenit" və "Spartak" rəhbərliyinə, azarkeşlərə də təşəkkür edirəm. Fanatlar bütün oyunlara gəlir, alqışlayır, hətta futbolçularımızla maraqlanırdılar.

Son xəbərlər
Sabah 30 dərəcə isti olacaq - PRAQNOZ
ABL: 18-ci turun daha 3 oyunu keçiriləcək
DİN Çevik Polis Alayında xidmətə qəbulla bağlı müsabiqə elan edir
Təhsil sistemində süni intellektin daha fəal istifadəsi planlaşdırılır
Qadınlardan ibarət Azərbaycan millisi (U-17) Bolqarıstanla qarşılaşacaq
Dövlət satınalmalarının ümumi dəyəri 30 %-dən çox artıb
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Nizamnaməsində dəyişiklik edilib
Prezident Azərbaycanın D-8-ə qoşulmasını təsdiqləyib