Zaqreb "Dinamo"sunun futbolçusu Mahir Emreli Xorvatiya klubundan ayrıla bilər.
"Operativ Media" Sportal.az-a istinadən xəbər verir ki, millimizin üzvü Xorvatiya Superkubokunun "Hayduk"a qarşı matçında meydana çıxmayınca, komandada qalmaq fikrindən daşınıb.
"Qarabağ" isə artıq ötən həftə Emreliyə təklif göndərib. Onunla danışıq aparılıb və geri qayıtması üçün təklif irəli sürülüb. 26 yaşlı hücumçu "Qarabağ"dan vaxt istəyib. Yaxın günlərdə millimizin üzvünün Azərbaycan çempionuna geri qayıdıb-qayıtmayacağı dəqiqləşəcək.
Qeyd edək ki, "Bakı"nın yetirməsi olan Mahir "Qarabağ", "Legiya" klublarında oynayıb.






