Menyu

"Sumqayıt" israilli futbolçu ilə gücləndi

Əziz Əzizli
"Sumqayıt" israilli futbolçu ilə gücləndi

2023/2024 mövsümünə hazırlıqları Türkiyənin Ərzurum şəhərində davam etdirən "Sumqayıt" Futbol Klubu daha bir futbolçu ilə müqavilə imzalayıb. 

"Operativ Media" xəbər verir ki, "kimyaçılar" israilli yarımmüdafiəçi Roi Kahatı heyətinə cəlb edib. Klubun Ərzurumdakı düşərgəsinə qatılan futbolçu ilə 2 illik müqavilə imzalanıb. 

Qeyd edək ki, Roi Kahat karyerası ərzində ölkəsinin "Makkabi Təl-Əviv", "Hapoel Bir Şeva", "Makkabi Yavne", "Makkabi Hayfa",  "Makkabi Netanya", həmçinin Avstriyanın "Avstriya" (Vyana) klublarında forma geyinib. 31 yaşlı futbolçunun son komandası İsrail təmsilçisi "İroni Kiryat Şmona" olub.

İsrailin bütün aşağı yaş qrupu millilərində oynamış yarımmüdafiəçi əsas yığmada da 5 matça çıxıb.

Teqlər:

"\"Sumqayıt\" israilli futbolçu ilə gücləndi"

Əlaqəli Xəbərlər