20 İyul 2023, 06:21
Abdullah Zubir: "Rakuv"u hələ analiz etməmişik"

"Qarabağ"ın futbolçusu Abdullah Zubir Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində Cəbəllütariq "Linkoln"una qalib gələrək mərhələ adlamaları barədə fikirlərini bölüşüb.
"Operativ Media" xəbər verir ki, o, Bakıdakı cavab matçından sonra "CBC Sport"a açıqlama verib:
"Tək mən yox, komanda olaraq oyuna yaxşı hazırlaşmışdıq. Bu stadionda oynamağı xoşlayıram. Həm də azarkeşlərimiz bizi dəstəkləyirdilər. Motivasiyamız var idi. Əlimizdən gələni edəcəyik ki, növbəti matçlarda da qalib gələk. Bütün matçlar bizim üçün çətindir. Hələ "Rakuv"u analiz etməmişik. Rəqibi analiz edəcəyik. Çalışacaq ki, əlimizdən gələnin ən yaxşısını edək və mərhələ adlayaq".