Vüsal İsgəndərli oynadı, komandası mübarizəni dayandırdı

Əziz Əzizli
Vüsal İsgəndərli oynadı, komandası mübarizəni dayandırdı

Vüsal İsgəndərlinin formasını geyindiyi “Eqnatiya” bu gün Konfrans Liqasının birinci təsnifat mərhələsində cavab matçına çıxıb.

"Operativ Media" xəbər verir ki, Albaniya klubu doğma meydanda Ermənistanın “Ararat” komandası ilə üz-üzə gəlib. Həmyerlimiz görüşə əsas heyətdə başlasa da, ikinci hissədə əvəzlənib.

Qarşılaşmanın əsas vaxtı 3:3 hesabı ilə sona çatıb. Komandalar əlavə edilmiş vaxtlarda da hərəyə bir qol vurub – 4:4. Penaltilər seriyasında isə Ermənistan təmsilçisi növbəti mərhələyə yüksəlib. 

İrəvanda keçirilən ilk matçda qalib müəyyələşməmişdi – 1:1.

 22:00. “Eqnatiya” (Albaniya) – “Ararat” (Ermənistan) 4:4 (pen- 2:4)

Digər xəbərlər