Menyu

Azərbaycan millisi Ermənistan yığmasını məğlub etdi

Əziz Əzizli
Azərbaycan millisi Ermənistan yığmasını məğlub etdi

Kosovanın paytaxtı Priştina şəhərində 16 yaşlı oğlanlar arasında keçirilən basketbol üzrə Avropa çempionatının C Divizionunun oyunları davam edir.

"Operativ Media" xəbər verir ki, B qrupunda qərarlaşmış U-16 millimiz qrupdakı ikinci oyununda Ermənistan yığması ilə üz-üzə gəlib.

Qarşılaşmaya üstün başlayan U-16 yığmamız qrupun ən önəmli oyununda Ermənistan komandasına 92:58 hesabı ilə qalib gələrək, rəqibini meydançaya çıxmağa peşman edib.

U-16 millimizin qrupdakı növbəti rəqibi Albaniya seçməsi olacaq. Oyun 23 iyulda baş tutacaq. Bakı vaxtı ilə saat 19:30-da başlayacaq oyun FIBA-nın rəsmi “Youtube” hesabında canlı olaraq yayımlanacaq.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər