"Dinamo Zaqreb" ilk turda məğlub oldu

Əziz Əzizli
"Dinamo Zaqreb"  ilk turda məğlub oldu

Xorvatiya çempionatının 2023/24 mövsümünə start verilib.

"Operativ Media" xəbər verir ki, mövsümün ilk matçında azərbaycanlı futbolçu Mahir Emrelinin komandası, son çempion Zaqreb “Dinamo”su doğma meydanda Split “Hayduk”u ilə üz-üzə gəlib.

Qarşılaşmada hesabı zaqreblilər açsa da, matçın sonlarında iki qol vuran splitlilər əzmkar qələbəyə seviniblər – 2:1.

Mahir bu matçının iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.

Digər xəbərlər