Menyu

"Çelsi" hücumçusunu satdı

Əziz Əzizli
"Çelsi" hücumçusunu satdı

“Çelsi”nin hücumçusu Pyer-Emerik Obameyanq Marsel “Olimpik”inə keçib.

"Operativ Media" xəbər verir ki, bu barədə Liqa 1 klubunun rəsmi saytı məlumat yayıb.

London təmsilçisindən azad agent kimi ayrılan 34 yaşlı forvard yeni klubu ilə 3 illik sözləşmə imzalayıb.

Obameyanq ötən ildən formasını geyindiyi “Çelsi”də 21 oyuna çıxıb, 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. O, karyerası ərzində “Borussiya” (Dortmund), “Arsenal”, “Sent Etyen”, “Dijon”, “Milan”, “Lill”, “Barselona”, “Monako” kimi klublarda da oynayıb, Qabon yığmasında 74 oyuna 30 qol vurub.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər