"Qarabağ" - "Linkoln" matçı ikinci oldu
Əziz Əzizli
Çempionlar Liqasının I təsnifat mərhələsində Bakıda keçirilən "Qarabağ" - "Linkoln"" oyununu izləyən azarkeş sayı məlum olub.
"Operativ Media" xəbər verir ki, "Viktoriya" stadionunda baş tutan görüşü tribunalardan 19 min 453 azarkeş izləyib. Bu, I təsnifatın ən yüksək ikinci göstəricisidir.
Ən çox azarkeş isə İsraildə baş tutan "Makkabi" (Hayfa, İsrail) - "Hamrun" (Malta) görüşündə qeydə alınıb - 28 min 613.
Azərbaycan çempionunun Cəbəllütariqdə qələbə qazandığı ilk matçı (2:1) cəmi 683 azarkeş izləmişdi.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net