Rusiyalı qapıçı tarixi rekorda imza atıb

Əziz Əzizli
Rusiyalı qapıçı tarixi rekorda imza atıb

İqor Akinfeyev Rusiya futbol tarixində yeni rekorda imza atıb.

"Operativ Media" xəbər verir ki, Moskvanın ÇSKA klubunun qapıçısı Premyer Liqanın 2023/2024 mövsümünün 1-ci turunda “Ural”la görüşdə meydana çıxmaqla buna nail olub.

Komandasının səfərdə 1:2 hesabı ilə məğlub olduğu qarşılaşmada çərçivəni qoruyan 37 yaşlı Akinfeyev 21-ci mövsümdə çempionat oyununda iştirak etməklə, rekordu ələ keçirib. O, 20 çempionatın iştirakçısı olan Dmitri Loskov və Aleksandr Anyukovu qabaqlayıb.

Karyerası ərzində yalnız ÇSKA-nın formasını geyinən Rusiya millisinin sabiq qolkiperi indiyə qədər ölkə çempionatında 544 oyunda meydana çıxıb.

Xatırladaq ki, Akinfeyev 2003-cü ildən Moskva klubunun əsas komandasının formasını geyinir.

Digər xəbərlər