Menyu

"Qalatasaray" yerli qapıçı transfer etdi

Əziz Əzizli
"Qalatasaray" yerli qapıçı transfer etdi
1 dəq oxu

Türkiyənin "Qalatasaray" klubu heyətini yeni qapıçı ilə gücləndirib.

"Operativ Media" xəbər verir ki, İstanbul təmsilçisi "Qaziantep"də çıxış edən Günay Güvençi rənglərinə bağlayıb. "Sar--qırmızılar" 32 yaşlı qolkiper üçün onun klubuna 500 min avro ödəyəcək.

Qeyd edək ki, Günay Güvenç "Qaziantep"ə 2018-ci ilin yayında "Göztepe"dən keçmişdi. Təcrübəli "əlcək sahibi" son mövsümün ikinci yarısını icarə əsasında "Kasımpaşa"da keçirib.

Əlaqəli Xəbərlər