"Sumqayıt" braziliyalı yarımmüdafiəçi transfer etdi

Əziz Əzizli
"Sumqayıt" braziliyalı yarımmüdafiəçi transfer etdi

2023/24 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Sumqayıt" FK daha bir futbolçunun keçidini reallaşdırıb.

"Operativ Media" xəbər verir ki, "kimyaçılar" müqavilə ilə Bolqarıstanın "ÇSKA 1948" klubuna məxsus olan braziliyalı yarımmüdafiəçi Oktavio Mantekanı 1 illik icarəyə götürüb.

Qeyd edək ki, "Botafoqo" klubunun yetirməsi olan Oktavio Manteka karyerası ərzində İtaliyanın "Fiorentina", Belçikanın "Berşxot", Bolqarıstanın "Beroe", "Lokomotiv Sofiya" və "ÇSKA 1948" kimi klublarında çıxış edib.

Digər xəbərlər