Azərbaycanın 16 yaşadək qızlardan ibarət basketbol millisi Avropa çempionu olub.
"Operativ Media" xəbər verir ki, yığma tarixi nailiyyətə Andorrada təşkil edilən yarışda imza atıb.
Qızlar "C" divizionunun final oyununda Andorraya 57:45 hesabı ilə qalib gəliblər. Azərbaycanın U-16 komandası heç bir görüşdə uduzmadan Avropa çempionu olub.






