Azərbaycan çempionatları tarixinin bombardirləri açıqlanıb
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) Azərbaycan çempionatları tarixinin ən məhsuldar futbolçularının siyahısını dərc edib.
"Operativ Media"nın qurumun rəsmi saytına istinadən məlumatına görə, cədvəldə 1992-ci ildən təşkil edilən ölkə çempionatının 10 bombardiri yer alıb.
Rekordçu Nazim Əliyev 4 komandanın heyətində ümumilikdə 183 qol vurub. Onu 125 qolla Müşfiq Hüseynov təqib edir.
İlk “10-luq”da qərarlaşan futbolçuların hamısı yerlidir və karyeralarını bitiriblər.
|
Futbolçu |
Karyera |
Qol |
Oyun |
Oynadıqları komandalar |
|
|
1 |
Nazim Əliyev |
1992-1999 |
183 |
236 |
“Xəzər” (Sumqayit) - 93, “Neftçi” - 42, “Qarabağ” - 23, “Dinamo” - 25 |
|
2 |
Müşfiq Hüseynov |
1992-2007 |
125 |
305 |
“Qarabağ” - 109, “Kəpəz” - 7, “Neftçi” - 9 |
|
3 |
Rövşən Əhmədov |
1992-2005 |
116 |
290 |
“Turan” - 23, “Kəpəz” - 75, “Şəmkir” - 18 |
|
4 |
Samir Ələkbərov |
1992-2001 |
115 |
170 |
“Neftçi” - 99, “Kür-Nur” - 6, “İnter” - 10 |
|
5 |
Qurban Qurbanov |
1992-2006 |
115 |
161 |
“Daşqın” - 24, “Turan” - 20, “Kür-Nur” - 4, “Neftçi” - 66, “İnter” - 1 |
|
6 |
Alay Bəhramov |
1992-2002 |
108 |
243 |
“Viləş” - 93, “Şəmkir” - 15 |
|
7 |
Nadir Nəbiyev |
1995-2012 |
103 |
316 |
“Turan” - 63, “Neftçi” - 37, “Xəzər Lənkəran” - 3 |
|
8 |
Vadim Vasilyev |
1994-2007 |
102 |
259 |
“Bakı Fəhləsi” - 49, “Neftçi” - 32, “Qarabağ” - 12, “Bakı” - 7, “Karvan” - 2 |
|
9 |
Xaqani Məmmədov |
1994-2011 |
102 |
277 |
“Neftçi” - 12, “Xəzər” (Sumqayıt) - 7, OİK - 5, “Bakı Fəhləsi” - 9, “Şəmkir” - 19, “Xəzər Lənkəran” - 8, “Olimpik” - 13, “İnter” - 22, “Karvan” - 7 |
|
10 |
Kənan Kərimov |
1995-2011 |
101 |
328 |
“Avtomobilçi” - 3, “Qarabağ” - 16, “ABN Bərdə” - 4, “Viləş” - 9, OİK - 6, “Kəpəz” - 14, “Şəmkir” - 19, “Turan” - 15, “Karvan” - 4, Qəbələ” - 11 |