Menyu

Azərbaycan klublarının Konfrans Liqasındakı potensial rəqibləri bilindi

Əziz Əzizli
Azərbaycan klublarının Konfrans Liqasındakı potensial rəqibləri bilindi
1 dəq oxu

Bu gün Konfrans Liqasında III təsnifat mərhələsinin püşkü atılacaq.

"Operativ Media" xəbər verir ki, tədbir saat 16:00-da başlayacaq.

Püşkdə Azərbaycan təmsilçiləri “Sabah”, “Neftçi” və “Qəbələ”nin potensial rəqibləri bilinəcək.

"Sabah" RFŞ-ni keçsə, növbəti raundda aşağıdakı komandalardan biri ilə düşəcək:

"Partizan" (Serbiya)

"Rapid" (Avstriya)

"Makkabi" (Təl-Əviv, İsrail) - "Petrokub" (Moldova) cütünün qalibi

ÇSKA (Bolqarıstan) - "Sepsi" (Rumıniya) cütünün qalibi

"Neftçi" Bosniya və Herseqovina təmsilçisi "Jelezniçar"ı mübarizədən kənarlaşdıracağı halda, aşağıdakı komandalardan biri ilə düşə bilər:

"Alkmaar" (Niderland)

PAOK - "Beytar" (İsrail) cütünün qalibi

"Beşiktaş" (Türkiyə) - "Tirana" (Albaniya) cütünün qalibi

"Çelye" (Sloveniya) - "Vitoriya" (Portuqaliya) cütünün qalibi

"Qəbələ" Kipr "Omoniya"sını keçsə, aşağıdakılardan birinə rəqib olacaq:

"Dinamo" (Ukrayna)

"Midtüllan" (Danimarka) - "Proqres" (Lüksemburq)

"Hapoel" (Beer-Şeva, İsrail) - "Paneveys" (Litva)

"Ordabası" (Qazaxıstan) - "Legiya" (Polşa).

Əlaqəli Xəbərlər