Menyu

Naxçıvanda "ƏDV geri al” layihəsi çərçivəsində 290 min manat ödəniş edilib

Gozel Həşimova
Naxçıvanda "ƏDV geri al” layihəsi çərçivəsində 290 min manat ödəniş edilib

Bu ilin yanvar-iyun aylarında Naxçıvan MR-da “ƏDV geri al” layihəsi çərçivəsində istehlakçılara 290,1 min manat, bu ilin iyun ayında isə 66,9 min manat ƏDV məbləği geri qaytarılıb.

Bu barədə "Operativ Media"ya İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən məlumat verilib.

Yanvar ayı ilə müqayisədə iyun ayında qaytarılan məbləğ üzrə 3,2 dəfə artım olub.

Bu il iyulun 1-nə muxtar respublikada “ƏDV geri al” layihəsinin tətbiqini həyata keçirən obyektlərin sayı 87-yə çatıb.

Hazırda nağdsız qaydada ödənilmiş ƏDV-nin 17,5 %-i, nağd qaydada ödənilmiş ƏDV-nin isə 5 %-i istehlakçılara geri qaytarılır.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər