Azərbaycanın Çinə ixracı 3 dəfə artıb

Gozel Həşimova
Azərbaycanın Çinə ixracı 3 dəfə artıb

Azərbaycan və Çin arasında ticarət dövriyyəsi bu ilin yanvar-iyun aylarında 37,7% artaraq 1 milyard 321 milyon 892 min dollara çatıb.

"Operativ Media" bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, hesabat dövründə Azərbaycanın Çinə ixracı 55,7 milyon dollar olub ki, bu da ötən ilin eyni dövrünə nisbətdə 3 dəfə çoxdur.

Əlavə edək ki, bu dövrdə Çindən idxal isə illik müqayisədə 34,3% artaraq 1,2 milyard dollara çatıb.

 

Gözəl Həşimova

Digər xəbərlər