Menyu

Azərbaycan klublarının Konfrans Liqasındakı potensial rəqibi bilindi

Əziz Əzizli
Azərbaycan klublarının Konfrans Liqasındakı potensial rəqibi bilindi

Bu gün Konfrans Liqasında III təsnifat mərhələsinin püşkü atılıb.

"Operativ Media" xəbər verir ki, tədbir saat 16:00-da başlayıb.

Püşkdə Azərbaycan təmsilçiləri “Sabah”, “Neftçi” və “Qəbələ”nin potensial rəqibləri bilinib.

"Sabah" RFŞ-ni keçsə, növbəti raundda "Partizan"la (Serbiya) qarşılaşacaq.

"Neftçi" Bosniya və Herseqovina təmsilçisi "Jelezniçar"ı mübarizədən kənarlaşdıracağı halda, "Beşiktaş" (Türkiyə) - "Tirana" (Albaniya) cütünün qalibi ilə üz-üzə gələcək.

"Qəbələ" Kipr "Omoniya"sını keçsə, "Midtüllan" (Danimarka) - "Proqres" (Lüksemburq) cütünün qalibi ilə qarşılaşacaq.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər