Ölkənin meyvə-tərəvəz idxalına çəkdiyi xərc 10 milyon dollar artıb
Gozel Həşimova
Azərbaycan bu ilin yanvar-iyun aylarında 122,4 milyon dollar dəyərində 188,5 min ton meyvə-tərəvəz idxal edib.
"Operativ Media" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ölkənin meyvə-tərəvəz idxalına çəkdiyi xərc 2022-ci ilin eyni dövrü ilə müqayisədə 9,8 milyon dollar azalıb.
Hesabat dövründə Azərbaycandan 350,4 milyon dollar məbləğində 348,7 min ton meyvə-tərəvəz ixrac edilib.
Gözəl Həşimova
Teqlər:
"Ölkənin meyvə-tərəvəz idxalına çəkdiyi xərc 10 milyon dollar artıb"