Gürcüstanın benzin və dizel idxalı artıb

Gozel Həşimova
Gürcüstanın benzin və dizel idxalı artıb

Gürcüstanın bu ilin birinci yarısında benzin və dizel yanacağı idxalı ötən ilin eyni dövrü ilə müqayisədə 6,2% artıb.

"Operativ Media" xəbər verir ki, bu barədə Gürcüstanın Neft Məhsulları İdxalçıları İttifaqı məlumat yayıb.

Hesabat dövründə Gürcüstana benzin və dizel yanacağı idxalı 554,2 min ton təşkil edib. Bu da ötən ilin analoji dövrünün göstəricisindən 32,5 min ton çoxdur. Ölkənin benzin idxalı 273,7 min ton, dizel idxalı isə 280,5 min ton təşkil edib. İdxalçılar arasında ən böyük pay isə Rusiyaya düşüb (81,1%).

Həmçinin, Gürcüstan benzin və dizel yanacağını Azərbaycan, Rumıniya, Türkmənistan, Belarus, BƏƏ, Ukrayna və Bolqarıstandan idxal edib.

 

Gözəl Həşimova

Digər xəbərlər