Türkiyə Azərbaycan neftinin alışını 4 dəfədən çox artırıb

Gozel Həşimova
Türkiyə Azərbaycan neftinin alışını 4 dəfədən çox artırıb

Azərbaycandan bu ilin yanvar-iyun aylarında Türkiyəyə neft ixracının həcmi 957, min ton təşkil edib. Bu da 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 4,3 dəfə çoxdur.

"Operativ Media" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu müddət ərzində ölkənin Türkiyəyə ixrac etdiyi neftin dəyəri isə 548,9 milyon dollar olub. Bu da illik müqayisədə 4,5 dəfə və ya 428,8 milyon dollar çoxdur.

Əlavə edək ki, bu dövrdə iki ölkə arasında ticarət dövriyyəsi 3,9 milyard dollar təşkil edib.

 

Gözəl Həşimova

Digər xəbərlər