Böyük Britaniya inkişaf etmiş iqtisadiyyatlar arasında ən yüksək borclanma dəyərinə sahibdir.
"Operativ Media" xəbər verir ki, bu barədə "Fitch Ratings" beynəlxalq reytinq agentliyi məlumat yayıb.
Qurum 2020-ci illə müqayisədə inkişaf etmiş iqtisadiyyatların borcları üzrə ümumi faizlərin 47%, inkişaf etməkdə olan iqtisadiyyatların isə 40% artdığını bildirilib.
Məlumata görə, Krallıqda artan inflyasiya borclanma xərclərini daha da artırıb. Belə ki, Britaniyanın ümumi borc faizi ödənişi bu il təxminən 110 milyard funt sterlinq civarında olacaq. Və bu borc faizi Britaniya hökumətinin ümumi illik gəlirinin 10,4%-ə bərabər olacaq.
Gözəl Həşimova






